Cənubi Koreya sahillərində gəmi aşıb: azı 9 nəfər itkin düşüb
Cənubi Koreya sahillərində gəminin aşması nəticəsində azı 9 balıqçı itkin düşüb. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, balıqçı gəmisi Cənubi Koreyanın cənub-qərb sularında, insan yaşamayan Debiçi adasından 16,6 kilometr məsafədə aşıb. Ekipajın 3 üzvü xilas edilib