Pakistan seçki kampaniyasında azı 130 nəfər öldürülüb
İyulun 13-də Pakistanda keçirilən seçki kampaniyası ilə bağlı iki ayrı partlayış hücumunda azı 130 nəfər həlak olub və daha 180 nəfər yaralanıb.
Hakimiyyət orqanları diqqəti belə bir məqama çəkirlər ki, vəzifəsindən qovulmuş baş nazir Nəvaz Şərifin siyasətə qayıdışı cəmiyyətdə gərginlik yaradıb.
Pakistan polisi bildirir ki, intiharçı bombanı Bəlucistan vilayətinindəki Kveta şəhərində seçki karvanının yaxınlığında partladıb. Bu hücum nəticəsində azı 85 nəfər həlak olub.
Ölənlərin arasında iyulun 25-də keçiriləcək seçkidə namizəd Siraj Raisani də var.
Bu bomba hücumu üçün məsuliyyəti üzərinə özünü İslam Dövləti adlandıran ekstremist qruplaşma götürüb.
***
İyulun 13-də Pakistanda seçkiylə bağlı iki partlayış törədilib, azı 29 ölən, onlarla yaralı var. Parlamentə namizəd də yaralılar içindədir.
***
Pakistan polisinin bildirməsinə görə, intiharçı özünü ölkənin cənub-qərbindəki Kvetta şəhərində seçki karvanına çırpıb, 10 nəfər həlak olub, 30-dan çox yaralı var. İyulun 25-nə planlaşdırılan parlament seçkisinə namizədliyini vermiş Siraj Raisani da yaralanıb və xəstəxanaya aparılıb.
Bundan öncə isə başqa bir namizədi hədəfə alan partlayışda azı 4 nəfər öldürülüb, 30-dan çox adam yaralanıb. Polis keçmiş nazir Akram Khan Durrani-nin olduğu karvanın hədəfə alındığını, amma onun xəsarət almadığını bildirib. Durrani radikal dini qrupların seçki alyansından namizəddir.
Bugünkü hücumlara görə məsuliyyəti götürən olmayıb.