Adem Ljacic`in performansı dibə vurub
Abdullah Avcı`nın performansından məmnun olmadığı Adem Ljacic`in bu ilki statistikaları dibə vurub. Keçən sezon Beşiktaş`ın heyətində uğurlu çıxış edən Adem Ljacic, bu ilki performansı ilə bağlı ”Mən də öz performansımdan razı deyiləm, amma əlimdən gələni edirəm.” – deyib.
Super Liqanın son turunda Alanyaspor`a qarşı keçirən serbiyalı futbolçu, 45 dəqiqə ərzində oyunda olub və topa cəmi 20 dəfə toxunub. 45 dəqiqə ərzində qapıya zərbəsi olmayan və sadəcə 3 dəfə uğurlu dribblinq edən Adem Ljacic, sadəcə 9 dəqiq ötürmə ilə yadda qalıb. Abdullah Avcı, Adem Ljacic ilə bağlı bu açıqlamaları verib:
”Özü ilə şəxsi olaraq danışmışam. Çox istedadlı oyunçudur və Beşiktaş ilə razılaşanda birliktə işləməkçün xəyal qurduğum oyunçulardan biri idi. O da mənə performansından məmnun olmadığını dedi. Texnikalı oyunçular çox pas səhvi edir, çünki daim irəli gedib, nəticə almaq istəyirlər. Oğuzhan və Ljacic kimi usta oyunçular topa daha çox sahib olmalıdırlar.”