Serie A`nın ən uğursuz ehtiyat skamyası
Antonie Conte`nin rəhbərliyi altında bu mövsümün əvvəlində azarkeşlərin əvvəlkindən çox daha baxımlı oyun göstərən, asan qələbələr qazanan bir Inter`i izləmək şansı oldu. Hətta çoxları bu kollektivin “Qoca Senyora”nın daxili çempionatda doqquz ildir ki, davam edən hegemoniyasına son verəcəyinə inanırdı.
Buna baxmayaraq, Milan klubu qış fasiləsi yaxınlaşarkən performansında ciddi bir düşüş yaşadı və turnir cədvəlində Lazio ilə Juventus`un bir neçə xal gerisinə düşdü. Bunun əsas səbəblərindən biri kimi komandada oyuna sonradan daxil olan oyunçuların gözlənilən effekti verməməsini qeyd etmək olar.
ONBİR Football Italia nəşrinə istinadən xəbər verir ki, ehtiyat oyunçuların vurduğu qol baxımından Inter klubu İtaliyada ən pis göstəricilərdən birinə malikdir. Belə ki, komandada mövsüm boyu oyuna sonradan daxil olan oyunçular yalnız bir qol vurmağa nail olublar.
Bu cəhətdən çempionatın ən yaxşısı 14 qolla Atalanta olarkən, ən pisi isə aktivində heç bir qol olmayan SPAL kollektividir.