Modric Mourinho və Ronaldo haqda: Biz müdaxilə etməsəydik, toqquşma baş verə bilərdi
Real Madrid`in yarımmüdafiəçisi Luca Modric “Mənim Oyunum” adlı avtobioqrafiyasında Jose Mourinho ilə Ronaldo arasında matçların birində yaşanan münaqişəni yada salıb. ONBİR Marca`ya istinadən, bu münaqişə ilə bağlı çıxarışı təqdim edir:
“Biz İspaniya Kuboku oyununda 2:0 hesabı ilə öndə idik. Cristiano rəqib oyunçunu tutmadığına görə Mourinho ona əsəbləşmişdi. Onlar artıq meydanda mübahisə etməyə başladılar. Fasilədə soyunub-geyinmə otağına qayıdanda Cristiano məyus idi və az qala ağlayacaqdı. O, əlindən gələni etdiyini, amma qarşılığında tənqiddən başqa heçnə eşitmədiyini dedi.
Mourinho otağa daxil olan kimi onu tənqid etməyə başladı. Vəziyyət o dərəcədə gərginləşdi ki, biz müdaxilə etməsəydik, toqquşma baş verə bilərdi.”
Qeyd edək ki, Mourinho`nun rəhbərliyi altında Cristiano Ronaldo Real Madrid`də 106 oyuna çıxmış, 120 qolla yadda qalmışdır.