Yenə Balotelli, yenə qalmaqal
Hal-hazırda İtaliyanın Brescia komandasında forma geyən Mario Balotelli`nin başı skandallardan açılmır. ONBİR NTVSpor`a istinadən xəbər verir ki, Brescia `Super Mario`nu intizamsızlığa görə komandadan göndərməyə qərar verib.
Qeyd etmək lazımdır ki, Balotelli`nin müqaviləsi bu yay sona çatırdı, amma komanda Seria A`da qalsa, onun müqaviləsini bir il daha uzada bilərdi. Ancaq komanda 26 oyuna cəmi 16 xal yığaraq sonuncu mövqedə qərarlaşıb, yəni Mario`nun gedişi labüd görünürdü. Son vaxtlar məşqlərə belə çıxmayan Balotelli rəhbərliyi artıq çox bezdirmişdi. Buna görə də Brescia`nın prezidenti Massimo Celli radikal qərar atmağa məcbur oldu.
Bu qərarın çox yaxın zamanda rəsmi şəkildə açıqlanması gözlənilir. Qeyd etmək lazımdır ki, italyan hücumçü bu mövsüm Seria A`da 19 oyunda forma geymiş və 5 dəfə fərqlənməyi bacarmışdı. Onun növbəti mövsümdə hansı komandada forma geyinəcəyi indidən böyük maraq doğurur.