Jadon Sancho saçına görə cərimələndi
Bundesliga`da olduqca maraqlı bir hadisə yaşanıb. Alman Futbol Federasiyası rəsmiləri Jadon Sancho və Akanji`ni cərimələdi. İki Borussia Dortmund futbolçusunun cərimə edilmə səbəbi isə olduqca maraqlıdır. Bundesliga`nın hazırki rəsmi protokolunda sonradan əlavə edilən Coronavirus qanunlarına əsasən bu iki oyunçu 8 min avro məbləğində cərimələndi. Belə ki qanuna əsasən futbolçular hələlik saç kəsdirə bilməzlər.
Jadon Sancho da öz növbəsində şəxsi Twitter hesabından Futbol Federasiyasını tənqid edib. Buna səbəb ondan başqa 6 Dortmund oyunçusu da eyni şəkildə saç kəsdirmiş olsa da sadəcə o və Akanji cərimələnib.
Sadəcə bu iki oyunçunun cəza alma səbəbi isə mənbələrə görə, hər ikisinin saç kəsimi zamanı maska taxmaması olaraq göstərilib.