Naxçıvan Biznes Təlim Akademiyasında şirkətlərə konsaltinq xidmətləri göstərilir
Ötən il fəaliyyətə başlayan Naxçıvan Biznes Təlim Akademiyasında şirkətlərə və fərdi şəxslərə müxtəlif növ təlimlər və konsaltinq xidmətləri təklif edilir. Burada biznesə yeni başlamaq istəyənlər üçün məsləhət xidməti, biznes planların hazırlanması, təqdimat mərasimlərinin təşkili qaydaları, fərdi inkişaf təlimləri, eləcə də gənclər və qadınlar üçün müxtəlif inkişaf proqramları öyrədilir