Добавить новость
World News in Azerbaijani



Новости сегодня на DirectAdvert

Новости сегодня от Adwile

Gəncə müəmması: Məmurların ziddiyyətli açıqlamaları, cavabsız suallar

Gəncə müəmması: Məmurların ziddiyyətli açıqlamaları, cavabsız suallar

Gəncədə icra başçısına "kəllə atan" polis rəisinə Bakıda niyə yüksək vəzifə verildi?

"İşgəncə izləri" olan fotonu kim çəkib və niyə paylaşıb?..

Elmar Vəliyevin "cəzalandırdığı" axundun qardaşı niyə öldürüldü?...

 

Gəncə hadisələri ilə bağlı xeyli suallar var. Hamı o sualların cavabını gözləyir.

Özü də rəsmi qurumlardan. Çünki istənilən təhlil, adından göründüyü kimi təhlildir.

Elmar Vəliyevin güllələnməsindən xeyli, hətta bir neçə il əvvəl Gəncədə ciddi narazılıqlar olub.

Yerli medianın yazdığına, iddialarına görə, bu, insanların incidilməsi, təhqir olunması və dindarların sıxışdırlmasına qədər müxtəlif məsələləri əhatə edib.

Amma deyilənlər haqqında hansısa tədbirlərin görülməsi ilə bağlı nə rəsmi, nə də müstəqil mediada məlumatlara rast gəlinmir.

Hətta icra başçısının Gəncənin keçmiş polis rəisi Rasim Musayevlə ciddi problemləri olduğu barədə də xeyli əvvəllər məlumatla yayılıb.

Həmin məlumatların birində deyiliridi ki, icra başçısı şəhid anasını söydüyü üçün polis rəisi Rasim Musayev onu kəllə ilə vurub. Bu hadisələr o vaxt bəzilərində gülüş doğursa da sonradan atılan adımlar belə bir münaqişənin olmasından şübhələnməyə əsas verdi. Belə ki həmin hadisələrdən sonra könüllü istefaya getdiyi deyilən polis rəisi Rasim Musayev bir müddət sonra Gəncədən Bakıya gətirildi. 2013-cü il fevralın 2-də Daxili işlər naziri Ramil Usubovun əmri ilə Rasim Musayev DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin olundu. 

Hətta bu hadisə elə başa düşülürdü ki, daxili İşlər naziri sabiq polis rəisini Gəncədən Bakıya gətirib başqa bir vəzifəyə təyin etməklə onu qorumağa çalışıb... Əslində icra başçısının kimisə təhqir etməsi də, polis rəisinin ona "kəllə atması“ da qanunsuzluqdur və bu barədə cinayət işi açılmalı, dərhal araşdırmalara başlanmalı idi. Amma belə bir cinayət işinin açılması ilə bağlı hər hansı məlumat yayılmayıb.

Buna da bax: Mübariz Qurbanlı: 'Bu, öyrədilmiş adamların işidir'

95 min adamın izlədiyi şikayət

Başqa bir sadə misal: Youtube kanalında bir ailə icra başçısının onlara etdiyi haqsızlıqla bağlı danışır. 

2016-ci ilin 25 sentyabrında yayılan videoda danışam həmin şəxs bir az da sıxıla-sıxıla iddia edir ki, Elmar Vəliyev onun torpaq sahəsini əlindən alıb. O, çıxışı böyü prezidentdən kömək istəyir. Heç buna görə başçının cəzalandırlmasını da istəmir, deyir elə ona bir tapşırıq versin ki, bu işlərdən əl çəksin. Videoda həm özü, həm də yanında oturan xanım hesab edir ki, bu işdən prezidentin xəbəri yoxdur, əgər olsaydı icra başçısı belə etməzdi. Həmin videoya baxanların sayı 95 minə yaxındır. Bu isə o deməkdir ki, heç ola bilməz ki, bu qədər izləyicinin arasında bu barədə prezidentə məlmat verə biləcək rəsmi şəxs olmasın.

Bu hadisələrdən sonra mediada Elmar Vəliyevlə bağlı digər narazılıqların (mediada bu münasibətləri münaqişə də adlanırırlar) yarandığı barədə məlumatlar yer almağa başlayıb. Bu dəfə icra baçşısından narazılıq edən Gəncədəki "İmamzadə" ziyarətgahının axundu Hacı Tahir Abbaszadə olub. “Xural” qəzetinin (9 noyabr 2016-cı il) internet səhifəsində yer alan yazıda qeyd olunur ki, ziyarətgahın axundu deyilənləri təsdiq edib. 

“Elmar Vəliyev məni şəhər ictimaiyyətinin qarşısında təhqir edib. “Aşura” günündə “İmamzadə”də prezident İlham Əliyevin ünvanına dediyim xoş sözlərdən sonra mənə “bütpərəst” dedi və məni hədəfə götürdü. “İmamzadə”yə Natiq Həsən oğlu Allahverdiyev adlı bir qohumunu təyin etdi və mənim adamlarımı, idarənin əməkdaşlarını iş görə bilməyəcək hala gətirdi. Dindar ovuna başlayıb şəhərdə. Dünəndən iki əməkdaşımızı həbs etdirib. Bir neçəsini də axtarışa verdirib. (axtarışa verilənlər kimlər olub,məlum deyil) Məni açıq şəkildə həbs etdirəcəyi ilə hədələyir".

Mediada bu deyilənlərlə bağlı hansısa tədbirin görüldüyü barədə də xəbərlərə rast gəlinmir. 

Bəs həmin axund kimdir?

Elmar Vəliyevdən narazılıq edən axund ilk dəfə 2005-ci ildə AXCP-nin qərargahı qarşısında keçirilən etiraz aksiyasında görünüb. Həmin vaxt o, gəncəlilərin AXCP üzvü Ruslan Bəşirli ilə bağlı yayılan videodan hiddətlənərək Gəncədən Bakıya gəldikləırini demişdi.

Bundan başqa həmin axund iyulun 10-da Gəncədə qətlə yetrilən polislərdən biri, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun qardaşıdır. O yas mərasimində jurnalistə müsahibəsində qətlə yetrilən Səməd Abbasovun onun qardaşı olduğunu deyib. 

Bu axundun icra başçısı tərəfindən incidilməsi ilə bağlı çoxsaylı şikayətlər etdiyi, dəfələrlə Bakıya şikayətə getdiyi vaxt onun qardaşı mərhum Səməd Abbasov Gəncənin Nizami rayonunda polis rəisinin müavini vəzifəsində çalışıb. İyulun 10-da Gəncədə rəsmi məlumatda deyildiyi kimi 150-200 nəfərin iştirak etdiyi razılaşdırlmamış aksiyada qətlə yetirilib. 

Qətlə yetrilən digər şəxs, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevə gəlincə, sosial şəbəkələrdə onun konfiliktə getməyən, təmkinli bir polis əməkdaşı olduğu deyilir. Uzun müddət Gəncədə çalışmış jurnalistlərdən biri mərhum polis rəisi haqqında bunları yazır.

Növbəti ziddiyyətli məqamlar

Gəncədə baş verən qətl hadisəsi ilə bağlı çəkilən bir videogörüntüdə polislərdən birinin adamların gözü qarşısında vurulduğu görünür. Onu digər polislərin tutma və ya odlu silahla zərərləşdirmə imkanları ola bilərdi, bu niyə olmayıb, yəqin ki istintaqda bu suallara cavab tapılacaq.

İyulun 10-da hüquq-mühafizə orqanlarının birgə yaydığı məlumatdan məlum olur ki, hadisəni törətməkdə şübhəli bilinən hər iki şəxs qaçıb ərazini tək edə biliblər. Bundan başqa həmin yüksək rütbəli polislər əməliyyatı kənardan idarə etməli olduğu halda niyə əliyalın, əyinlərində qoruyucu gödəkçə olmadan adamların içərisində olublar. Bir həftə əvvəldən naməlum şəxslərin elan etdiyi bu aksiyada təxribatların ola biləcəyini az qala sosial şəbəkələrdə hamı bəyan edirdi. Daha bir müəmmalı məqam isə aksiyanın elan olunduğu ərazinin niyə polis kardonu ilə qapadılmamasıdır. Bakının „Məhsul“ stadionunda müxalifət partiyalarının keçirdiyi razılaşdırlmış mitinqlərdən bir saat əvvəl meydana girən hər bir kəs xüsusi elektron avadanlıqla yoxlandığı halda təşkilatçısı, şüarı, tələbi bəlli olmayan aksiya ilə bağlı bu addım nəyə görə atılmayıb.

Buna da bax: 'Leyla Yunus kimi antimilli ünsürlər...'. Əli Həsənov Gəncə hadisələrindən danışır

İşgəncə izləri olan fotonu kim çəkib və kim paylaşıb?

İcra başçısını odlu silahla vuran adamın üzərində zorakılıq əlamətləri olan fotosunu kim çəkib və kim onu sosial şəbəkələrdə paylaşıb, buna da indiyə qədər aydınlıq gətirilməyib. Bu fotonun paylaşılmasından sonra Gəncədə gərginliyin necə sürətlə artdığı sosial şəbəkələrdə yayılan status və şərhlərdən aydın müşahidə olunub. Hətta bəziləri bunu özünün profil şəkili də edib.Polisin həbs etdiyi şəxsin yanına kim girib və polis buna niyə imkan verib və ya polis nədən qorxub?

İşgəncə fotosu ilə bağlı daha bir məqam. Daxili İşlər Naziriyinin mətbuat xidmətindən əvvəlcə deyilib ki, həmin işgəncə əlamətləri olan foto icra başısını vuran Yunis Səfərova aid deyil. Hətta bu məlumat absurd adlandırılıb və bu da vəziyyətin bir qədər də gərginləşmısinə səbəb olub. Halbuki rəsmi qurumun nümayəndəsi "nazirlik bununla bağlı araşdırma aparır və yaxın vaxtlarda məsələyə aydınlıq gətiriləcək“ cümləsi ilə daha neytral cavab verə bilərdi. Amma bir gün sonra nazirliyin mətbuat xidmətindən APA -ya bildirilib ki, həmin foto Yunis Səfərova aiddir, amma ona polis bölməsində hər hansı işgəncə verilməyib və fotoda görünən xəsarət izləri o, polis bölməsinə gətirilməzdən əvvəl baş verib. 

Keçək icra başçısına odlu silahla edilən hücumdan sonra rəsmi şəxslərin mediada yer alan ilkin reaksiyalarına.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iyulun 4-də BBC-yə verdiyi açıqlamada Elmar Vəliyevə qarşı sui-qəsd olduğunu deyib. O icra başçısının vurulmasını adi kriminal hadisə adlandırıb. 

"Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir".

Amma güc strukturlarının ikinci dəfə birgə yaydığı məlumada baş verənlərin terror olduğu və Azərbaycanda dini dövlət qurulmasına cəhd edildiyi açıqlanıb.

Hakimiyyətyönlü "Ana Vətən“ Partiyasının sədri, deputat Fəzail Ağmalı hadisəyə münasibətində baş verənlərin icra başçısının fəaliyyəti ilə bağlı olduğuna işarə edib. O, Modern.az-a müsahibəsində deyib ki, "məmur vətəndaş münasibətləri bu həddə çatdırılmamalı idi“.

“Gəncədə baş vermiş hadisəyə təəssüf edirəm. Baş vermiş hadisə hüquq-mühafizə orqanları tərəfindən mütləq araşdırılacaq və məsələnin mahiyyəti ortaya qoyulacaq. Ancaq bura qədər keçilən yol var. Bu yol olmamalı idi. Məmur vətəndaş münasibətləri bu həddə çatdırılmamalı idi”.

Deputat müsahibəsində icra başçılarının cangüdənlə gəzməsinə də etiraz edib.

“Hətta cinayətkarın özü ilə də elə davranmaq lazımdır ki, cinayətkar belə bu addımı atmasın. Dövlət məmurunun da bacarığı, qabiliyyəti ondadır ki, bu cür hallara yol verməsin. Düzü, buna xüsusi şərh vermək istəməzdim. Hər halda, məsələnin nəticələri mənim üçün də maraqlıdır ki, nə üçün belə hal baş verib. İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var? İcra başçısı xalqın içində olmalıdır. Əgər icra başçısı mühafizəçi ilə gəzirsə, işdən evə xüsusi polis maşınları ilə müşayiət olunursa, bu, başadüşülən deyil. Düşünürəm ki, burada incə məsələlər var. Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim. Hər halda, hadisənin nəticələrini gözləyək”.

Rəsmi açıqlamadan əvvəl "adam öldürməyə cəhd“, daha sonra terror...

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin iyulun 3-də birgə yaydığı ilkin bəyanatda hər hansı terror hadisəsindən söz açılmır. Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin "zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd“ və„qanunsuz olaraq odlu silah əldə etmə“ maddələri ilə cinayət işi başlandığı və araşdırmaların aparıldığı bildirilir. 

3 gün sonra, iyul 6-da eyni qurumların yaydığı növbəti məlumatda isə icra başçısına qarşı sui-qəsd terror kimi qiymətləndirilir. 

Hələlik açıq qalan çoxsaylı suallar

Rəsmi açıqlamalarda gedən bəzi detallar ziddiyyətləri bir qədər də dərinləşdirir. Qeyd olunur ki, Yunis Səfərov 2017-ci ildə Gəncədə bir polisi yaralayaraq onun silahını götürərək hadisə yerindən qaçıb.

"2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirmişdir. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralyıb hadisə yerindən qaçmışdır“.

Həmin vaxtdan onun axtarışda olduğu bildiirlir. Axratışda olan şəxs yenidən Gəncəyə necə gəlib, hansı yolla gəlib, bu məlum deyil. Daha sonra onun Rusiyada olduğu, hətta İranda təhsil aldığı deyilir. Ölkənin ikinci ən böyük şəhərində polisə küt alətlə zərbə vurub onun silahını götürən və icra başçısına qarşı silahlı basqına cəhd edən bir şəxs Azərbaycan sərhədlərini necə keçib?. Bundan başqa bəs Rusiyada yaşayan həmin şəxsin həbs olunaraq Azərbaycana təhvil verilməsinə nə mane olub?

Читайте на 123ru.net

Другие проекты от 123ru.net



Архангельск

В Димитровграде проводят чемпионат России по парусному спорту в классе «микро»



Мода

«585*ЗОЛОТОЙ» посчитала, сколько тратят на покупку солнцезащитных очков к лету в Ростове-на-Дону




Українські новини

Робота водієм у Таксі 571 (Київ)



Новости 24 часа

В Воскресенске росгвардейцы задержали гражданку, находящуюся в федеральном розыске



Game News

Для Dark and Darker Mobile проходит короткий бета-тест на iOS и Android



Москва

Филиал № 4 ОСФР по Москве и Московской области информирует: Родители 240,5 тыс. детей в Московской области получают единое пособие



News Every Day

Mets survive late barrage to beat Yankees in Subway Series opener



Интернет

Портативный ТСД корпоративного класса Saotron RT-T70



Москва

Незрячие в России вскоре смогут "увидеть" театральные постановки



Рэпер ST

Рэпер ST дал напутствие выпускникам на «Алых парусах»



Москва

Задержан хулиган, угрожавший пистолетом охраннику ж/д станции в Москве



WTA

Тарпищев: не стоит переоценивать победу Касаткиной на турнире WTA в Истборне



Москва

"Интеррос", "Атомайз", Эрмитаж и Т-Банк готовят второй этап проекта «Цифровое искусство»



VK Fest

Участники VK Fest смогут проверить свое здоровье на стенде «Будь Здоров»



Симферополь

Удивительно, но факт: в Симферополе снять квартиру дороже, чем в Севастополе



Москва

Омск стал первым в рейтинге миллионников по росту цен на новостройки



Москва

Собянин: Москва всегда поможет молодежи в покорении новых вершин



Москва

Омск стал первым в рейтинге миллионников по росту цен на новостройки



103news.com — быстрее, чем Я..., самые свежие и актуальные новости Вашего города — каждый день, каждый час с ежеминутным обновлением! Мгновенная публикация на языке оригинала, без модерации и без купюр в разделе Пользователи сайта 103news.com.

Как добавить свои новости в наши трансляции? Очень просто. Достаточно отправить заявку на наш электронный адрес mail@29ru.net с указанием адреса Вашей ленты новостей в формате RSS или подать заявку на включение Вашего сайта в наш каталог через форму. После модерации заявки в течении 24 часов Ваша лента новостей начнёт транслироваться в разделе Вашего города. Все новости в нашей ленте новостей отсортированы поминутно по времени публикации, которое указано напротив каждой новости справа также как и прямая ссылка на источник информации. Если у Вас есть интересные фото Вашего города или других населённых пунктов Вашего региона мы также готовы опубликовать их в разделе Вашего города в нашем каталоге региональных сайтов, который на сегодняшний день является самым большим региональным ресурсом, охватывающим все города не только России и Украины, но ещё и Белоруссии и Абхазии. Прислать фото можно здесь. Оперативно разместить свою новость в Вашем городе можно самостоятельно через форму.

Другие популярные новости дня сегодня


Новости 24/7 Все города России





Топ 10 новостей последнего часа




Новости России

Стало известно, на сколько подорожали новостройки в России за полгода

Филиал № 4 ОСФР по Москве и Московской области информирует: Родители 240,5 тыс. детей в Московской области получают единое пособие

В городском округе Щербинка прошел инклюзивный фестиваль добрососедства «Доступ открыт»

Петербуржцы ездят в Москву — и возвращаются с отравлениями


Москва

Преподаватель музшколы из Реутова принял участие в шествии баянистов на ВДНХ






Rss.plus

Состоялась церемония вручения премии Men Today Trends

В Воскресенске росгвардейцы задержали гражданку, находящуюся в федеральном розыске

Филиал № 4 ОСФР по Москве и Московской области информирует: Родители 240,5 тыс. детей в Московской области получают единое пособие

Филиал № 4 ОСФР по Москве и Московской области информирует: Родители 240,5 тыс. детей в Московской области получают единое пособие

Moscow.media
Москва

Собянин: Новая поликлиника в Филимонковском районе откроется в этом году



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Оззи Осборн

Жена Оззи Осборна работает над мультфильмом про него и покойного Килмистера




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

Медальный зачет Игр «Дети Азии» 28 июня: по-прежнему впереди Узбекистан

29 июня на играх «Дети Азии» состязания пройдут по десяти видам спорта

Многие краснодарцы к 25 годам имеют несколько высших образований, семью и бизнес


WTA

Тарпищев: не стоит переоценивать победу Касаткиной на турнире WTA в Истборне



Новости Крыма на Sevpoisk.ru


Москва

Певец Валерий Леонтьев прилетел из США в Москву и выступил на корпоративе



Частные объявления в Вашем городе, в Вашем регионе и в России