Gürcüstanda 180 nəfər günəş yanıqları ilə xəstəxanalara müraciət edib
Gürcüstanda günəş yanıqları xəsarəti alan 180 nəfər xəstəxanaya gətirilib.AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadze məlumat verib. Onun sözlərinə görə, hazırda onların 35 nəfəri xəstəxanada müalicə alır, qalanları isə evə buraxılıb. Yanıq xəsarəti alanların ən kiçiyinin 3, böyüyünün isə 26 yaşı var