Dünya çempionatı: Azərbaycanın yeniyetmə cüdoçuları əvvəlki nəticəni yaxşılaşdıra bilərlər
Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə cüdoçular arasında dünya çempionatına start verilib. AZƏRTAC xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan yığmasının 5 üzvü öz çəki dərəcəsində reytinq lideridir. Bu isə onların medal şanslarının yüksək olması deməkdir