“Gəncə" basketbol komandası təxirə salınmış oyunda qələbə qazanıb
Martın 14-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının XVI turundan təxirə salınmış "Zirvə Astara" - "Gəncə" oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, əlavə vaxta gedən oyunun sonunda "Gəncə" rəqibi üzərində 109:104 hesablı qələbə qazanaraq turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib