Azərbaycanın ilk qorxu filmi “Xənnas” Türkiyə kinoteatrlarında
Rejissor Elvin Abdullanın 2017-ci ildə çəkdiyi tammetrajlı bədii, qorxu janrlı filmi “Xənnas” ölkə hüdudlarından kənarda prokata çıxarılır.
AZƏRTAC xəbər verir ki, bu barədə rejissor Elvin Abdulla məlumat verib.
Onun sözlərinə görə, 6 ildən sonra “Xənnas”ı geniş auditoriya qarşısına çıxarmağa nail olunub