İtaliyanın Elba adasında meşə yanğınları baş verib, 700 nəfər təxliyə edilib
İtaliyanın qərbindəki Elba adasında meşə yanğınları baş verib, bölgədən təxminən 700 nəfər təxliyə olunub.
AZƏRTAC xəbər verir ki, təxliyə edilənlərdən 150-si bələdiyyə strukturlarında yerləşdirilib, qalanları isə fərdi qaydada özləri üçün yer tapıblar. Meşəlik ərazidə baş verən yanğın səbəbindən bəzi evlər və düşərgələr boşaldılıb