"Mənim uşaqlığım olmadı, vaxtından tez yaşlandım"
Əməkdar artist Aybəniz Haşımova anası ilə bağlı paylaşım edib. Day.Az xəbər verir ki, müğənni anasının doğum günü olduğunu yazaraq, bunları vurğulayıb:
"Anamın beşinci övladıyam. Amma taleyim elə yazıldı ki, təkcə övlad olmadım... Dost oldum, qardaş oldum, sirdaş oldum, bəzən ata oldum, bəzən ana.