Bricet Brink: ABŞ Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verir
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şöfer də iştirak edib