Stend atıcılığının kompakt-sportinq növü üzrə federasiya kubokunun qalibi müəyyənləşib
Novxanı Sportinq Atıcılıq Mərkəzində kompakt-sportinq üzrə Azərbaycan Atıcılıq Federasiyasının kuboku uğrunda yarışın final mərhələsi keçirilib. Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, kompakt-sportinq üzrə baş məşqçi Rasim Rzayev AZƏRTAC-a bildirib ki, final yarışında mərhələ turnirlərinin qalibləri mübarizə aparıblar