İmişlinin Qaralar kəndindəki tibb məntəqəsi ümumilikdə beş min nəfərə xidmət üçün nəzərdə tutulub. Məntəqənin direktoru Süleyman Əsgərov deyir ki, bu uçuq-sökük bina 1962-ci ildən əhaliyə xidmət edir.
“Ambulator məntəqədir. Söz veriblər ki, tikiləcək, istifadəyə veriləcək…”
İmişli şəhər xəstəxanasının baş həkimi Eynulla Qasımov bildirir ki, rayonda həkim çatışmazlığı da var. Onun sözlərinə görə, hazırda rayonda 156 həkim yerindən az qala yarısı - 73-ü boşdur:
“Məsələn, cərrah 4-5 nəfər olmalıdır, bizdə cəmi ikisi var. Читать дальше...