Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqənin baş mükafatına layiq görülüblər
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində "Astana Grand Festival" VIII Beynəlxalq İncəsənət Müsabiqəsi keçirilib. Onlayn şəkildə təşkil olunmuş müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri uğurla iştirak edərək