Xalq Təhsili Muzeyinin 90 illik yubileyi qeyd olunub
Aprelin 27-də Xalq Təhsili Muzeyinin 90 illik yubileyi qeyd olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Əmin Əmrullayev təhsil sistemində təhsil muzeyinin olmasını yüksək dəyərləndirib. Bildirib ki, muzey zəngin təhsil tariximizi yaşadır. O, muzey işinin olduqca əhəmiyyətli və müqəddəs xarakter daşıdığını diqqətə çatdırıb