Dünya çempionatı 2022: Belçika millisi minimal hesablı qələbə qazanıb
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında günün son qarşılaşması keçirilib. AZƏRTAC xəbər verir ki, F qrupunda Belçika və Kanada yığmaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Belçikanın minimal hesablı qələbəsi ilə başa çatıb