“Avatar 2: Suyun yolu” filmi növbəti uğura imza atıb
“Avatar 2: Suyun yolu” fantastik filmi dünya üzrə 1,9 milyard dollardan çox gəlir əldə edib. Beləliklə, gəlir üzrə iki milyard dollar həddi keçmək perspektivi gerçəkləşdikcə, ekran əsərinin əvvəlcədən elan edilmiş bir neçə bölümünün istehsalına başlanılması da reallaşa bilər