Genetik Ehtiyatlar İnstitutunun elmi nəticələri “Science” jurnalında dərc olunub
Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) aparıcı elmi işçisi aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mirzə Musayevin beynəlxalq tərəfdaşlarla uzun illər ərzində üzüm bitkisinin təkamülü üzrə birgə aparılan tədqiqat işinin nəticələri dünyanın ən məşhur “Science” jurnalında (impakt faktor- 63.714) dərc olunub