Мы в Telegram
Добавить новость
World News in Azerbaijani



Новости сегодня на DirectAdvert

Новости сегодня от Adwile

Valideyn alimenti ödəmirsə...

Valideyn alimenti ödəmirsə...

Şair-publisist Murad Köhnəqalanın həbsi ölkədə aliment problemini yenidən gündəmə gətirib. Aliment ödənişi ilə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər var. Bunu hökumət rəsmiləri də təsdiqləyir.

Bir müddət öncə Milli Məclisin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, deputat Aqiyə Naxçıvanlı da bu sahədə statistikanın qorxulu olduğunu bildirmişdi:

"Bəli, alimentlərlə bağlı həddindən çox problem müşahidə olunur. Alimentləri ödəmirlər, maaşı gizlədirlər, aliment ödəməli olan şəxsi axtarıb tapmaq olmur. Qadınlar yanımıza gəlib göz yaşı tökürlər, ərlərinin aylarla alimenti ödəmədiyini bildirirlər. Məhkəmələrə müraciət edirik, onlar ya tapılır, ya da harasa çıxıb gedirlər. Kimsə qeyri-rəsmi olaraq yeni ailə qurur. Statistika çox qorxuludur, o, həm bizi, həm sizi, həm də ümumilikdə bütün cəmiyyəti narahat edir”.

82 mindən çox qərar icra olunub

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 2015-ci ildə 63 min 395, 2016-cı ildə 69 min 527, 2017-ci ildə isə 82 min 162 aliment ödənişilə bağlı qərar icra olunub.

Ədliyyə Nazirliyindən yerli mediaya bildirilib ki, təkcə 2016-cı il ərzində alimentlə bağlı məhkəmə qərarının icrasına görə 3913 nəfərin axtarışı elan olunmuşdu. Bir il ərzində alimentdən yayınan 2 min 521 nəfər inzibati qaydada cəzalandırılıb, onlardan 2074-ü həbs edilib. 180 nəfər haqqında isə CM-in 306-cı (məhkəmə hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsilə cinayət işi başlanıb.

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, inzibati qaydada həbs olunanların saxlandığı təcridxanalarda aliment ödənişinə görə cəzalandırılan şəxslərlə tez-tez qarşılaşırlar.

Onun sözlərinə görə, bəzən hətta cəzaçəkmə müəssisələrində monitorinqlər zamanı məhz alimentə görə cinayət məsuliyyətinə cəlb olunub, müəyyən müddətə azadlıqdan məhrum edilən məhkumlara da rast gəlirlər.

Əliməmməd Nuriyev bildirir ki, hakimlər aliment ödənişindən yayınan şəxslər haqqında qərar verəndə məsələyə sırf məhkəmə qərarının icra olunmaması kontekstindən yanaşırlar:

"Amma qanunda məhkəmə qərarının qərəzli şəkildə icra olunmamasından söhbət gedir. Yəni şəxsin o qərarı icra etmək imkanı var, amma icra eləmir. Bu baxımdan, məhkəmələr şəxsin faktiki durumunu araşdırmalı, qərarın bilərəkdən icra olunmadığı, yoxsa adamın imkanı xaricində olduğu mütləq aydınlaşdırılmalıdır. Bundan sonra duruma uyğun qərar verilməlidir".

“Fərdi yanaşılmalıdır”

Əliməmməd Nuriyev deyir ki, elə şəxslər olur, məhkəmənin kəsdiyi məbləğin tam olmasa da, bir hissəsini ödəyir.

Hüquqşünas hesab edir ki, bu cür adamları məhkəmə qərarını icra etməməkdə ittiham edib həbs eləmək doğru deyil:

"Bəzən elə hallar da olur ki, şəxs rəsmən işsizdir, amma müəyyən gəliri var. Ona görə də bu məsələlərin hər birinə fərdi yanaşılmalıdır. Alimentin məbləği şəxsin maaşının 70 faizindən çox ola bilməz".

Hüquq nəzəriyyəsi üzrə bir neçə kitabın, dərsliyin müəllifi olan Fərhad Mehdiyev isə aliment həbslərindən danışarkən İnsan haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasını yada salır. Deyir ki, Konvensiya pul öhdəliklərinə görə həbsi birmənalı qadağan edir:

"Mülki öhdəliyə görə həbs qadağası Avropa Konvensiyasının protokollarında da əksini tapıb. Azərbaycan da Konvensiyanı ratifikasiya edib. Görünür, hələ də bir sıra hallarda, hakimlər dövlətin nəyə imza atdığını dərk edə bilmir. Kredit borclarına görə də belə həbslər çox oldu. O işlərlə bağlı Avropa Məhkəməsi qərarlar çıxaranda bizim məhkəmələr necə səhv etdiklərini anlayacaqlar. Cinayət Məcəlləsinin 306-cı maddəsi pul öhdəliklərinə münasibətdə tətbiq olunmamalıdır. Məsələn, kimisə məhkəməyə verirsiz ki, bu adam bir daha məni narahat eləməsin. O adam qərardan sonra yenə bu işi davam etdirirsə, bu artıq qərarın icrasından boyun qaçırmaqdır. Yaxud məhkəmə qərar verir ki, harasa sökülməlidir, adam bunu sökmürsə, o halda, əməlində 306-cı maddənin tərkibi yaranır".

“Vətəndaşı köməksiz qoymur”

Xarici təcrübədən danışan hüquqşünas bildirir ki, Avropada adam alimenti ödəyə bilməyəndə dövlət bu işdə ona kömək edir:

"İşləmirsə, dövlət ona işsizlik sığortası ödəyir. Uşağın atası müəyyən deyilsə, yaxud əlildirsə, onlara baxmaq iqtidarında deyilsə, dövlət uşaqlara sosial yardım göstərir. Mütləq vətəndaşı köməksiz qoymur".

Fərhad Mehdiyev əlavə edir ki, şəxsin məhkəmə qərarını bilərəkdən, yoxsa imkansızlıqdan icra etməməsini müəyyən etmək çox asandır:

"Adamın ya iş yeri, ya bank hesabı olmalıdır. Yaxud maşını varsa, kamera görüntüləri vasitəsilə müəyyən etmək olar. Bu halda, onun maşınının, hesabının üzərinə həbs qoymaq olar".

Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə alimentlərlə bağlı problemin həlli üçün fond yaradılmasını təklif edir. Deyir ki, məhkəmənin müəyyən etdiyi məbləğ dövlət büdcəsi hesabına Fonddan verilə bilər. Alimenti ödəməli şəxs isə ödənişi Fonda köçürə bilər: "Bu halda, ödənişin gecikməsindən uşaq da əziyyət çəkməz".

Читайте на 123ru.net

Другие проекты от 123ru.net



Архангельск

Архангельские тяжелоатлеты успешно выступили на зональных соревнованиях



Здоровье

ЗЕЛЕНЬ для здоровья мужчин и женщин: советы аюрведы




Українські новини

Рушникосушки від Hygge Family: європейські стандарти якості на українському ринку



Новости 24 часа

Героическое участие армян в СВО. Часть третья



Game News

Музыкальную игру Blue Wednesday с глубоким сюжетом выпустили на iOS



Москва

Шапки женские на Wildberries — скидки от 398 руб. (на новые оттенки)



News Every Day

Tom Aspinall says UFC 304 start time is ‘awful’ and should be changed as Brit provides update on next opponent



Блоги

Шапки женские на Wildberries — скидки от 398 руб. (на новые оттенки)



Москва

Экс-участница «Фабрики звёзд» поделилась подробностями родов в туалете кафе



Бато Багдаев

Театра кукол «Ульгэр» в Улан-Удэ проводит етс фотосессию детям



Москва

Гумпомощь для детского дома в ЛНР отправили из Можайска



WTA

16-летняя теннисистка Андреева обновила рекорд турниров WTA-1000



Москва

Героическое участие армян в СВО. Часть третья



ЦСКА

ЦСКА уступил "Балтике" в 26-м туре чемпионата России



Симферополь

Крымские проекты победили в Международном профессиональном конкурсе НОПРИЗ на лучший проект – 2023



Москва

6 городов России, где можно увидеть белые ночи кроме Санкт-Петербурга



Москва

Собянин сообщил о масштабных планах благоустройства территорий школ и детсадов



Москва

В Евпатории появится уютный жилой квартал “Кубики”



103news.com — быстрее, чем Я..., самые свежие и актуальные новости Вашего города — каждый день, каждый час с ежеминутным обновлением! Мгновенная публикация на языке оригинала, без модерации и без купюр в разделе Пользователи сайта 103news.com.

Как добавить свои новости в наши трансляции? Очень просто. Достаточно отправить заявку на наш электронный адрес mail@29ru.net с указанием адреса Вашей ленты новостей в формате RSS или подать заявку на включение Вашего сайта в наш каталог через форму. После модерации заявки в течении 24 часов Ваша лента новостей начнёт транслироваться в разделе Вашего города. Все новости в нашей ленте новостей отсортированы поминутно по времени публикации, которое указано напротив каждой новости справа также как и прямая ссылка на источник информации. Если у Вас есть интересные фото Вашего города или других населённых пунктов Вашего региона мы также готовы опубликовать их в разделе Вашего города в нашем каталоге региональных сайтов, который на сегодняшний день является самым большим региональным ресурсом, охватывающим все города не только России и Украины, но ещё и Белоруссии и Абхазии. Прислать фото можно здесь. Оперативно разместить свою новость в Вашем городе можно самостоятельно через форму.

Другие популярные новости дня сегодня


Новости 24/7 Все города России





Топ 10 новостей последнего часа




Новости России

Электрокроссовер Voyah Free получил новую версию для России. Ее представили в Москве

Героическое участие армян в СВО. Часть третья

Восемь человек пострадали в ДТП с участием маршрутки на юге Москвы

Шесть человек пострадали в результате ДТП с маршруткой в Москве


Москва

Регистрация Авторского права. Регистрация объекта авторского права. Регистрация Авторского права на книгу. Регистрация Авторского права на музыку.






Rss.plus

Врач Тяжельников рассказал, какое мясо лучше всего подходит для шашлыка

Героическое участие армян в СВО. Часть третья

«1418»: выставка секции «Арт-фото» ТСХР в зале «Лаврушинский`15»

Миллионы — в хлам. Мажоры и блогеры разбивают в Москве дорогущие машины

Moscow.media
Москва

Собянин: Уникальная спецтехника помогает бесперебойной работе метро Москвы



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Концерт

Концерт «7 хитов И.С.Баха» в Эрмитажном театре




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

Легионер "Локомотива" Ньямси: в Москве жизнь дешевле, чем в Париже

Личка — о самой дорогой покупке в Москве: два дня назад решил купить самокат за 60 тысяч рублей

Хоккейный клуб из Балашихи выиграл Кубок Регионов


WTA

Андреева обыграла Паолини и вышла в 1/4 финала турнира WTA в Мадриде



Новости Крыма на Sevpoisk.ru


ЦБ

Частота страховых случаев по ОСАГО для такси в 6,6 раза выше, чем по полисам на другие легковые машины – ЦБ РФ



Частные объявления в Вашем городе, в Вашем регионе и в России