“ Yeni Saray” sakinlәri susuzluqdan şikayətlənir
Saray qәsәbәsindә “Yeni Saray” deyilәn yerdә yaşayan onlarla ailə 3 gündür ki, susuz qaldıqlarını bildirirlər .
Onların sözlәrinә görә, bunun sәbәbi "Azәrsu" açıq səhimdar cəmiyyətinin (ASC) әmәkdaşların yeni xәttlәri çәkib bitirmәmiş, köhnә xәttlәri kәsmәləridir.
Sakinlərdən bir AzadlıqRadiosuna bildirib ki, problemlә bağlı rəsmi qurumlara da şikayətlər ediblər: "Cavab verirlәr ki, gәlib düzәldәrik, amma hәrәkәt yoxdur. Uzaqdan su daşıyırıq. Bu istidә bizi susuz qoydular... "
"Azәrsu" ASC-dәn şikayətə, hələlik, münasibәt öyrәnmәk mümkün olmayıb.
Saray Abşeron rayonunun qəsəbəsidir.Son illər qəsəbənin ərazisi xeyli genişlənib.Bu qəsəbə Bakı ilə Sumqayıt şəhərlərinin arasında yerləşir.