Qəbələdə meşə yanır
Bu gün, avqustun 23-də Qəbələ rayonunda meşə yanğını baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin helikopter və təyyarəsi cəlb edilib.
Avqustun 20-da isə Hirkan Milli Parkında dağlıq zonada yanğın başladığı açıqlanmışdı. Həmin yanğının söndürülməsinə də FHN-in Aviasiya dəstəsinin «BE 200 ÇS» amfibiya təyyarəsinin və helikopterlərin cəlb olunduğu bildirilirdi.
Avqustun 19-da da Quba rayonunda meşə və kolluq hissədə yanğın başlamışdı. Həmin yanğının avqustun 20-də lokallaşdırıldığı açıqlanmışdı.
Rəsmilər bu yanğınlara səbəb kimi, əsasən, insan amilini göstərirlər.