Nuri Şahin: “Pulisic, yeni Hazard olmayacaq”
Werder Bremen`də çıxış edən Nuri Şahin, keçmiş komanda yoldaşı Christian Pulisic haqqında bəzi açıqlamalar verib.
“Vacib futbolçu olacaq”
Borussia Dortmund`da birlikdə oynadığı Pulisic`in istedadlı bir futbolçu olduğunu deyən Nuri Şahin, “Chelsea kimi böyük bir klubda yaxşı performans göstərmək asan deyil. Ancaq onun üçün hər şeyin yaxşı olacağından əmin idim. Uyğunlaşma prossesini geridə qoydu və inanıram ki, möhtəşəm matçlar keçirəcək. Qətiyyət göstərsə, Chelsea üçün vacib bir futbolçu olacaq” – deyə qeyd edib. Hazard ilə Pulisic`in müqayisə olunmamasını bildirən Nuri Şahin, “Hansı futbolçunu Hazard ilə müqayisə etmək olar? Onun səviyyəsində bir neçə futbolçu var” – ifadələrini işlədib.
“Yeni Hazard olmayacaq”
Nuri Şahin sözlərini, “Pulisic, Chelsea üçün önəmli bir futbolçu olacaq, amma yeni Hazard olmayacaq. Öz versiyasının ən yaxşısı olmalıdır” – deyərək müsahibəsini tamamlayıb.
Bu mövsüm Chelsea forması ilə 14 matça çıxan amerikalı futbolçu, 5 qol vurmağa nail olub və 6 assist edib.