İranda koronavirusdan sutka ərzində 142 nəfər ölüb
İranda son sutka ərzində 2262 nəfər koronavirusa yoluxub, 142 nəfər vəfat edib.
AZƏRTAC İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lariyə istinadla xəbər verir ki, bununla da ölkədə yoluxanların ümumi sayı 252 min 720-ə, ölənlərin sayı isə 12 min 447-ə çatıb