145 yaşı tamam olan 3 qat çempion – Yazı
Bu gün İngiltərənin köklü klublarından biri Blackburn Rovers`in 145 yaşı tamam olur. 1875-ci ilin 5 noyabr tarixindən fəaliyyətə başlayan klubun tarixinə qısa nəzər salaq. Hal-hazırda Çempionşipdə çıxış edən klub 3 qat İngiltərə çempionudur. Əlavə olaraq 6 dəfə Federasiya Kubokunun, 1 dəfə Liqa Kubokunun, 1 dəfə İngiltərə Superkubokunun sahibi də olub. Blackburn Rovers`in Avrokuboklar macərası isə […]
The post 145 yaşı tamam olan 3 qat çempion – Yazı appeared first on ONBİR.
Bu gün İngiltərənin köklü klublarından biri Blackburn Rovers`in 145 yaşı tamam olur.
1875-ci ilin 5 noyabr tarixindən fəaliyyətə başlayan klubun tarixinə qısa nəzər salaq.
Hal-hazırda Çempionşipdə çıxış edən klub 3 qat İngiltərə çempionudur.
Əlavə olaraq 6 dəfə Federasiya Kubokunun, 1 dəfə Liqa Kubokunun, 1 dəfə İngiltərə Superkubokunun sahibi də olub.
Blackburn Rovers`in Avrokuboklar macərası isə ölkəsindəki kimi uğurlu alınmayıb. Lancashire təmsilçisinin ən böyük uğuru 2006/07 mövsümünə təsadüf edir.
Həmin mövsüm UEFA Avropa Liqasında çıxış edən klub qrup mərhələsini 1-ci pillədə tamamladıqdan sonra 1/16 final mərhələsində Bayer Leverkusen`ə rəqib olmuş, lakin bu mübarizədən məğlub ayrılmışdı. (2:3)
Blackburn`un ən çox qol vuran oyunçusu Simon Garner`dir. 1978-1992-ci illərdə klubun şərəfini qoruyan oyunçu çıxdığı 168 liqa matçında 198 qol vurub.
Ən çox matçda çıxış edən oyunçu isə sabiq mərkəz müdafiəçi Derek Fazackerley`dir. (596 matç, 1969-1987)
Blackburn Rovers`in ən çox tanınan, məşhur oyunçusu isə 1994/95 mövsümünün çempion heyətinin əsas ulduzu Alan Shearer`dir. İngilis əfsanə həmin mövsüm vurduğu 37 qolla çempionluqda əsas rol oynamışdı.
Yazının sonunda Tugay Kerimoğlu`nu da yada salaq. Bir çox türk futbol azarkeşi tərəfindən Türkiyənin Avropada çıxış edən ən yaxşı oyunçusu olaraq qəbul edilən Tugay Kerimoğlu 2001-2009-cu illərdə Blackburn Rovers`də çıxış edib. O bu klubun heyətində keçirdiyi 8 mövsümdə 270 matça çıxıb.
The post 145 yaşı tamam olan 3 qat çempion – Yazı appeared first on ONBİR.