Mourinho: Tottenham bir çox Avropa ölkəsində çempion olar
Məşhur portuqaliyalı mütəxəssis Jose Mourinho çalışdırdığı Tottenham komandasının digər liqalarda çempion ola biləcəyini iddia edib. ONBİR EPL-nin cari mövsümünün 8 turunda 17 xal toplayan London klubunun baş məşqçisinin GOAL-a açıqlamasını təqdim edir: “Bu komanda bir çox Avropa ölkəsində çempion olar. Premier League çempion olmağın ən çətin baş verdiyi liqadır. Çünki yaxşı bir mövsüm keçirib çox […]
The post Mourinho: Tottenham bir çox Avropa ölkəsində çempion olar appeared first on ONBİR.
Məşhur portuqaliyalı mütəxəssis Jose Mourinho çalışdırdığı Tottenham komandasının digər liqalarda çempion ola biləcəyini iddia edib.
ONBİR EPL-nin cari mövsümünün 8 turunda 17 xal toplayan London klubunun baş məşqçisinin GOAL-a açıqlamasını təqdim edir:
“Bu komanda bir çox Avropa ölkəsində çempion olar. Premier League çempion olmağın ən çətin baş verdiyi liqadır. Çünki yaxşı bir mövsüm keçirib çox xal toplasanız belə, Liverpool, Manchester City, Chelsea, Manchester United, Leicester City və Arsenal kimi komandalar var … Yəni ki, yaxşı mövsüm keçirib çempion ola bilməyə də bilərsiniz. Biz hər oyunu düşünürük. Qazanmağa çalışırıq və digər komandaların nəticələri ilə maraqlanmırıq”.
Qeyd edək ki, Tottenham Hotspur hal-hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. O, lider Leicester`dən 1 xal geri qalır.
The post Mourinho: Tottenham bir çox Avropa ölkəsində çempion olar appeared first on ONBİR.