Haitinin Baş nazirinə sui-qəsd cəhdi olub
Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər.
AZƏRTAC “Telesur” kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib.
Məlumata görə, Baş nazir bayram münasibətilə mərasimin keçirildiyi məbəddən çıxarkən ona bir neçə atəş açılıb