Qaxda məhsuldarlığı sutkada 2 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikilir
Ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsini prioritet hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında tullantı sularının idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir