Şəhriyar Məmmədyarov “Tata Steel Masters” turnirinin altıncı turunda heç-heçə edib
Yanvarın 21-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin altıncı turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda isveçli Nils Qradelius ilə görüşüb. Ağ fiqurlarla oynayan şahmatçımız 16-cı gedişdə heç-heçəyə razılaşıb