İnam Kərimov: Azərbaycan kənd təsərrüfatı sektorunun rəqəmsallaşmasına xüsusi diqqət yetirir
Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumun mühüm tərkib hissələrindən biri olan 14-cü Berlin Kənd Təsərrüfatı Nazirləri Konfransı öz işinə başlayıb. Kənd təsərrüfatı nazirlərinin görüş platforması sayılan bu mötəbər beynəlxalq tədbirdə 64-dən çox ölkənin rəsmiləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak edib