Türkiyədə COVID-19-a gündəlik yoluxma sayı rekord həddə çatıb
Türkiyədə pandemiyanın başlanmasından indiyədək COVID-19-a sutkalıq yoluxma sayı rekord həddə çatıb.
AZƏRTAC xəbər verir ki, qardaş ölkədə son sutka ərzində 93 min 586 nəfər koronavirusa yoluxub. Gün ərzində 438 min 252 test aparılıb. Sutka ərzində Türkiyədə bu xəstəlikdən ölənlərin sayı isə 210 nəfər olub