Səyyarə Gülaliyeva: Gənclər Forumu mənim gənclik həyatımda ən əlamətdar tədbir kimi xatırlanacaq
Fevralın 2-də Prezident İlham Əliyevin Sərəncamına əsasən Gənclər üçün Prezident mükafatı ilə təltif olunan gənclərdən biri də mənəm. Bu yüksək etimada layiq görüldüyüm üçün çox qürurluyam və buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm