Cəlilabadda birinci sinif şagirdinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
Fevralın 8-i saat 12 radələrində Cəlilabad rayonunun Qarazəncir kənd sakini, Ocaqlı kənd 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib