“Unity ilə oyun yaradılması” üzrə qısamüddətli təlimə ərizə qəbul olunur
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Dynamic Box Studio” oyun tərtibat şirkəti ilə əməkdaşlıq çərçivəsində “Unity ilə oyun yaradılması” üzrə qısamüddətli təlimə ərizə qəbulu aparılır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirak etmək üçün ərizələrin qəbulu martın 2-dək aparılacaq