Bolqarıstanda “Kamboca qripi” epidemiyası qeydə alınıb
Bolqarıstanda "Kamboca qripi" (A H3N2) adlandırılan 18 xəstəliyə yoluxma halı rəsmi olaraq qeydə alınıb.
AZƏRTAC Sofiyanın Yoluxucu və Parazitar Xəstəliklər üzrə Milli Mərkəzinin bəyanatına istinadla xəbər verir ki, bu mövsümi xəstəlik Sofiyada, eləcə də ölkənin cənubunda Zlatoqrad, Yambol və Sevlievoda müşahidə olunur