Ötən il Özbəkistan iqtisadiyyatına 10 milyard dollara yaxın xarici sərmayə və kredit cəlb edilib
Ötən il Özbəkistan iqtisadiyyatına 9,5 milyard dollar xarici sərmayə və kredit cəlb olunub.
AZƏRTAC Özbəkistan Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu vəsaitin 8 milyardı birbaşa xarici sərmayə və kreditin payına düşür. Qeyd edilir ki, 1,5 milyard isə Özbəkistanın zəmanəti ilə alınan xarici kreditdir