Adil Əliyev: Prezident İlham Əliyev Qoşulmama Hərəkatını BMT Baş Assambleyasında layiqli təmsil edib
BMT Baş Assambleyasının universal peyvəndləmə üçün səylərin artırılması mövzusunda yüksəksəviyyəli tematik müzakirələrində Prezident İlham Əliyevin videoformatda iştirakının əlamətdar cəhəti ondan ibarətdir ki, dövlətimizin başçısı bu mötəbər tədbirə dünyada ikinci ən böyük qurum olan Qoşulmama Hərəkatının sədri kimi çıxış etdi