Günay Əfəndiyeva Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Günay Əfəndiyeva türk xalqlarının qədim mədəni irsinin təbliği və təşviqi istiqamətində təşkilatın fəaliyyətindən söz açıb