Ceyhun Bayramov: İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə həyata keçirilən işlərdə iştirak edirlər
İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə enerji, infrastruktur və digər sahələrdə həyata keçirilən işlərdə iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Azərbaycan-İtaliya: Çoxölçülü strateji tərəfdaşlığa aparan yol” adlı konfransda çıxışı zamanı söyləyib