Tərtərdə şəhid Nicat İsgəndərovun ailəsi ziyarət olunub
Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları 2016-cı ilin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə şəhidin valideynləri və yaxınları onunla bağlı xatirələrini danışıb