KOB dostu Ağstafa rayonunun biznes ictimaiyyətinə təqdim olundu
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Ağstafa rayonu üzrə Kiçik və Orta Biznesin dostu – KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim olunub. Ağstafa rayonu Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini təmin edəcək.