UEFA Konfrans Liqası: "Slaviya" - "Feyenoord" oyununda altı qol vurulub
Aprelin 7-də futbol üzrə UEFA Konfrans Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, mərhələnin açılış oyununda Çexiyanın "Slaviya Praqa" klubu Niderlandda "Feyenoord"la üz-üzə gəlib. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb