Metronun “Bənövşəyi xətt”dəki 4-cü stansiyasının ikinci səviyyəsi tikilir
“Bənövşəyi xətt”in növbəti dördüncü stansiyasının tikintisi üzrə 2021-ci ilin yayında başlanan işlər hazırda nəzərdə tutulan plan üzrə davam etdirilir. Şərti adı “B-04” kimi qeyd edilən “Bənövşəyi xətt”in 4-cü yeraltı stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə, Cəlil Məmmədquluzadə küçəsində yerləşir