Akademik Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir
Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anma günüdür.
Otuz yeddi il əvvəl ilıq bir bahar günündə dünyasını dəyişmiş, Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanımın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il anılır