Deputat: Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar beynəlxalq hüquq normalarına uyğundur
Azərbaycanın beynəlxalq miqyasda nüfuzu daha da artır, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığımız güclənir. Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsində ölkəmizin xarici siyasətinin uğurları diqqət mərkəzində oldu