Sahibə Qafarova: Azərbaycan-Gürcüstan əlaqələri regional sabitliyə və əməkdaşlığa mühüm töhfələr verir
Milli Məclisin sədri Sahibə Qafarova aprelin 27-də ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclisin sədri qonağı salamlayaraq, Gürcüstanın xarici işlər nazirinin bu vəzifədə ilk səfərini ölkəmizə